Navalnı təyyarə ilə Omskdan Almaniyaya aparılıb

22 Avqust 2020 - 09:01

Rusiyada müxalifət liderlərindən olan Aleksey Navalnı yerli vaxtla təxminən 8.00-da (Moskva vaxtı ilə 5.00) Omsk hava limanından Almaniyaya aparılıb.

RİA Novosti xəbər verir ki, təyyarə saat 09.02-də (Moskva vaxtı ilə 11.02)

Berlinin “Schoenefeld” hava limanına çatacaq.

Qeyd edək ki, Navalnı Berlin şəhərində yerləşən “Charite” klinikasında müalicəsini davam etdirəcək.

FlightRadar portalının məlumatına görə, uçuş “Bombardier Challenger 604” təyyarə reysilə həyata keçirilib.