Navalnının mətbuat katibi onun ölümünü təsdiqlədi

Rusiyalı müxalifətçi Aleksey Navalnının komandası onun həbsdə olarkən öldüyünü təsdiqləyib.

Azpost.info xəbər verir ki, bu barədə siyasətçinin mətbuat katibi Kira Yarmış məlumat verib.

“Aleksey Navalnı öldürüldü. Onun ölümü fevralın 16-da yerli vaxtla saat 14:17-də baş verib. Bu, Alekseyin anasına göndərilən rəsmi bildirişdə yazılıb”.

Yarmışın sözlərinə görə, həbsxana əməkdaşı Navalnının cəsədinin Salexarda olduğunu deyib: “İstintaq Komitəsinin müstəntiqləri onu “araşdırma” aparmaq üçün ora aparıblar”.

Siyasətçinin silahdaşları meyitin dərhal ailəsinə təhvil verilməsini tələb ediblər.

Azpost.info

Əvvəlki məqalə

“Hərbi baxımdan Rusiyadan güclüyük”

Sonrakı məqalə

Azərbaycan Prezidenti Münxendə Banqladeşin Baş naziri ilə görüşüb