Navalnının müalicə üçün Almaniyaya aparılmasına icazə verilib

Həkimlər Aleksey Navalnını müalicə üçün xaricə aparmağa icazə verib”.

RİA Novosti-nin verdiyi xəbərə görə, bu barədə Omsk şəhərinin 1 nömrəli Təcili Tibbi Yardım Xəstəxanasının Baş həkiminin müavini Anatoli Kaliniçenko açıqlama verib.

O, alman həkimlərindən ibarət qrupun Omska gəldiyini və Navalnının səhhətilə bağlı məsləhətləşmələrin aparıldığını deyib: “Xarici mütəxəssislər xəstənin Berlinə nəql oluna biləcəyinə zəmanət verdiklərini bildirib. Eyni zamanda, hazırda onun səhhətində müsbət dinamika müşahidə edilir”.

A.Kaliniçenko, həmçinin, vurğulayıb ki, xəstəni qəbul edəcək Almaniya xəstəxanası tərəfindən müvafiq sənədlər göndərilməlidir.

O əlavə edib ki, alman həkimlər xəstənin vəziyyətinin pisləşmə riskini nəzərə alaraq, təcili daşınmaya ehtiyacın olmaması ilə bağlı razılaşıblar.

Qeyd edək ki, bu gün səhər saatlarında Navalnını “Charite” Berlin klinikasına çatdırmaq üçün Almaniyadan Omska bir xüsusi tibbi heyət gəlib.

Omsk Hava Limanının informasiya xidmətinin verdiyi məlumata görə, uçuş avqustun 22-i səhər saatlarına planlaşdırılıb.

Xatırladaq ki, ötən gün Tomskdan Moskvaya təyyarə ilə uçuş zamanı Navalnı özünü pis hiss edib. Bu səbəbdən təyyarə Omska təcili eniş edib. Müxalifət lideri huşsuz vəziyyətdə toksiki zəhərlənmə diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Onun komaya düşdüyü və süni nəfəs aparatına qoşulduğu bildirilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rusiyada binada baş verən partlayış zamanı ölənlərin sayı artıb –

Sonrakı məqalə

Bu gündən avqustun 24-dək 13 şəhər və rayonda ictimai nəqliyyat işləməyəcək