“Naxçıvan Meliorasiya və Su Təsərrüfatı” ASC yaradılıb

- FƏRMAN
06 Mart 2020 - 17:04

Naxçıvan MR-nın Ali Məclisinin Sədri Vasif Talıbov “Naxçıvan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin yaradılması haqqında fərman imzalayıb.

“Report” xəbər verir ki, fərmana əsasən yeni qurum Naxçıvandakı Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin əsasında yaradılır.

Fərmanla yeni səhmdar cəmiyyətinin nizamnaməsi təsdiq edilib, yerli Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.