Naxçıvan Müəllimlər İnstitutu bağlanır? –AÇIQLAMA

Emin Əmrullayev
Emin Əmrullayev

Naxçıvan Müəllimlər İnstitutunun fəaliyyətinin dayandırılması ilə bağlı iddialara aydınlıq gətirilib.

APA xəbər verir ki, bu barədə Naxçıvanda səfərdə olan elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib.

Nazir qeyd edib ki, hazırda belə bir qərar yoxdur: “Azərbaycandakı mövcud qaydalara uyğun olaraq həm Naxçıvan Dövlət Universiteti, həm də Müəllimlər İnstitutu ali təhsil müəssisəsi kimi fəaliyyətlərini davam etdirirlər”.

Qeyd edək ki, son günlər Naxçıvan Müəllimlər İnstitutunun bağlanacağı, bundan sonra Muxtar Respublikada yalnız Naxçıvan Dövlət Universitetinin (NDU) fəaliyyət göstərəcəyi ilə bağlı iddialar yayılıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.