Naxçıvan şəhərində magistral su xəttində qəza baş verib, bir sıra ərazilərə suyun verilişi dayandırılacaq.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin tabeliyində Naxçıvan Sukanal İdarəsindən bildirilib ki, qəza şəhərin Qaraxanbəyli, Qaraçuq, Bulqan kəndləri, Nəcməddin Naxçıvani, Səməd Vurğun, Həsən Rəhmanov küçələri, Babək, Əlincə məhəllələri və bir sıra digər ərazilərini içməli su ilə təmin edən magistral xətdə qeydə alınıb. Qəzanın fəsadlarının aradan qaldırılması işləri ilə əlaqədar bu gün saat 14:00-da sözügedən ünvanlara suyun verilməsində fasilə yaranacaq.
İşlər gün ərzində yekunlaşdırılacaq və suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.