“Mən rusiyalı həmkarımdan Yerasxdan Naxçıvan sərhədinə və Axurikdən Türkiyə sərhədinə qədər dəmir yolu hissələrinin tam bərpası olunmasını xahiş etmişəm.
AzPost -un məlumatına görə, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan 18 dekabrda jurnalistlərlə söhbətində bildirib.
O, tezliklə İcevan-Qazax hissəsi ilə bağlı məsələni də qaldıracağını bildirib. Paşinyan rusiyalı həmkarlarının bu tələbi yerinə yetirəcəklərinə ümid etdiyini bildirib.
O, əlavə edib ki, dəmir yolunun Meğri hissəsi Rusiyanın nəzarəti altında deyil: “Bu, Ermənistanın suveren ərazisidir və biz bu ərazinin idarə olunmasını heç kimə həvalə etməmişik. Orada heç dəmir yolu yoxdur, o ki qaldı onu idarə edəsən…”, – deyə o əlavə edib.
Baş nazir xatırladıb ki, 8 avqustda ABŞ-da imzalanan bəyannamə Ermənistan-Rusiya münasibətləri baxımından yeni imkanlar açır. Eyni zamanda, Baş nazir əlavə edib ki, TRIPP ikitərəfli layihədir və üçüncü tərəflərin iştirakı yalnız ikitərəfli şəkildə müzakirə edilə bilər.