“Naxçıvana gedən dəmir yolunun bərpasını Rusiyadan xahiş etmişəm” –PAŞİNYAN

“Mən rusiyalı həmkarımdan Yerasxdan Naxçıvan sərhədinə və Axurikdən Türkiyə sərhədinə qədər dəmir yolu hissələrinin tam bərpası olunmasını xahiş etmişəm.

AzPost -un məlumatına görə, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan 18 dekabrda jurnalistlərlə söhbətində bildirib.

O, tezliklə İcevan-Qazax hissəsi ilə bağlı məsələni də qaldıracağını bildirib. Paşinyan rusiyalı həmkarlarının bu tələbi yerinə yetirəcəklərinə ümid etdiyini bildirib.

O, əlavə edib ki, dəmir yolunun Meğri hissəsi Rusiyanın nəzarəti altında deyil: “Bu, Ermənistanın suveren ərazisidir və biz bu ərazinin idarə olunmasını heç kimə həvalə etməmişik. Orada heç dəmir yolu yoxdur, o ki qaldı onu idarə edəsən…”, – deyə o əlavə edib.

Baş nazir xatırladıb ki, 8 avqustda ABŞ-da imzalanan bəyannamə Ermənistan-Rusiya münasibətləri baxımından yeni imkanlar açır.  Eyni zamanda, Baş nazir əlavə edib ki, TRIPP ikitərəfli layihədir və üçüncü tərəflərin iştirakı yalnız ikitərəfli şəkildə müzakirə edilə bilər.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.