Naxçıvana uçan sərnişin təyyarəsi dumana görə Bakıya qayıdıb

Əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən, “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-2251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmağa qərar verib.

AZAL-ın mətbuat xidmətindən verilən məlumata görə, təyyarə saat 21:37-də Heydər Əliyev Beynəlxalq Hava Limanında eniş edib.

Hava şəraiti yaxşılaşdıqdan sonra sərnişinlər Naxçıvana yola düşəcəklər.

Qeyd edək ki, bu gün Naxçıvanı bürüyən güclü duman AZAL-ın bu istiqamətdə həyata keçirdiyi reyslərinin gecikməsinə səbəb olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

“Bu barədə qərar olmayınca delimitasiya mümkün deyil”-

Sonrakı məqalə

Laçının işğaldan azad edilməsindən 1 il ötür