Naxçıvanda 18 nəfərdə koronavirus aşkarlanıb –

Səhiyyə Nazirliyi məlumat yaydı
06 Aprel 2020 - 11:20

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, ölkədə tətbiq olunan karantin rejiminə uyğun olaraq 2896 nəfər Naxçıvan Muxtar Respublikasında nəzarətdə saxlanılır. Onlardan 536-sı ölkəmizin digər bölgələrindən olan və muxtar respublikaya gələn şəxslərdir.

“Bu günə qədər 630 şübhəli şəxsdə test yoxlamaları aparılıb. Təkrar test yoxlamalarının nəticələrinə əsasən 18 nəfərdə koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. 1 nəfər sağalaraq evə buraxılıb. Virus aşkarlanan digər 17 nəfərin xüsusi rejimli xəstəxanada müalicələri davam etdirilir. Ağırlaşma halları yoxdur”, – deyə məlumatda qeyd olunur.