Naxçıvanda 18 nəfərdə koronavirus aşkarlanıb –Səhiyyə Nazirliyi məlumat yaydı

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, ölkədə tətbiq olunan karantin rejiminə uyğun olaraq 2896 nəfər Naxçıvan Muxtar Respublikasında nəzarətdə saxlanılır. Onlardan 536-sı ölkəmizin digər bölgələrindən olan və muxtar respublikaya gələn şəxslərdir.

“Bu günə qədər 630 şübhəli şəxsdə test yoxlamaları aparılıb. Təkrar test yoxlamalarının nəticələrinə əsasən 18 nəfərdə koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. 1 nəfər sağalaraq evə buraxılıb. Virus aşkarlanan digər 17 nəfərin xüsusi rejimli xəstəxanada müalicələri davam etdirilir. Ağırlaşma halları yoxdur”, – deyə məlumatda qeyd olunur.   

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Koronavirus xəstələrinin adı niyə açıqlanmır? –

Sonrakı məqalə

Azərbaycanda 13 nəfər metil spirtindən zəhərlənib-