Naxçıvanda 34 min qutu siqaret məhv edilib-FOTO

Gömrük qanunvericiliyinin tələblərinin pozulması ilə ölkə ərazisinə gətirilən və üzərində Azərbaycan aksiz markası olmayan yararsız siqaretlər məhv edilib.

Gömrük orqanları tərəfindən saxlanılmış, üzərində aksiz markası olmayan 34 min 554 qutu (691080 ədəd) xarici markalı siqaretlər istifadəyə yararsız olduğu üçün Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşlarından ibarət komissiyanın iştirakı ilə yandırılaraq məhv edilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.