Naxçıvanda ayı ata və oğula hücum edib

Babək rayonunda ayı insanlara hücum edib, xəsarət alan var.

APA xəbər ki, hadisə rayonun Yuxarı Buzqov kəndində baş verib. Ayı kənddə Payız kənd sakini, 1974-cü il təvəllüdlü Məmmədov Məzahir Tağı oğlu və onun oğlunun üzərinə hücum çəkib.

Nəticədə Məzahir Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Məzahir Məmmədov Naxçıvan Muxtar Respublika Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.