Naxçıvanda elektrik enerjisinin verilişində fasilə yaranacaq

Naxçıvan şəhərinin bəzi yerlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə Naxçıvan Dövlət Energetika Xidmətindən məlumat verilib.

Bildirilib ki, 110/35/10 kilovoltluq “Naxçıvan” yarımstansiyasından qidalanan 10 kilovoltluq 12 nömrəli xətt aparılan cari təmir işləri ilə əlaqədar sifarişə əsasən açılacaq.

“Təmir işləri ilə əlaqədər 15.12.2024-cü il tarixində saat 11:00-dan 12:00-dək Heydər Əliyev prospekti: bina 22 ,24, 26, 30, Nizami küçəsi: bina 34,38,40 və bu küçələrin yaxınlığında yerləşən iaşə obyektlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq”, – deyə məlumatda qeyd olunub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.