Naxçıvanda istirahət mərkəzində su üzərində olan platforma aşıb –3 nəfər ölüb

Naxçıvanın Şahbuz rayonu Ayrınc kəndində yerləşən istirahət mərkəzlərinin birində faciəsi baş verib.

APA xəbər verir ki, istirahət mərkəzində su üzərində olan platformanın aşması nəticəsində 3 nəfər ölüb.
İstirahət mərkəzində olanlardan biri isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Həyatını itirənlərin qohum olduğu bildirilir.
Hadisədən sonra təcili tibbi yardım avtomobili ilə birgə xəstəxanaya yollanan ailə üzvləri isə yolda qəzaya düşüb.
Qəza zamanı Naxçıvan şəhər sakinləri, 1983-cü il təvəllüdlü Hüseynov Tural Əli oğlu və onun oğlu, 2007-ci il təvəllüdlü Hüseynov Nicat Tural oğlu xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hər iki faktla bağlı araşdırma aparılır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.