Naxçıvanda itən hərbçilərimizdən biri Ermənistanda saxlanıldı –TƏCİLİ

əsgər
əsgər

Naxçıvanda itkin 2 hərbçimizdən 1-i Ermənistan ərazisində saxlanılıb.

Azpost.info bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Əsgərimiz bildirib ki, onunla birgə digər hərbçi də olub.

Əlverişsiz hava şəraitində yolu azaraq itən digər hərbçimizdən hələ xəbər yoxdur.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi bu gün  2 hərbçimizin itikn düşməsi barədə xəbər yayıb. Bildirlir ki, hadisə Şahbuz rayonu istiqamətində baş verib. Əlverişsiz hava şəraitində məhdudgörmə səbəbindən Azərbaycan Ordusunun iki hərbi qulluqçusu ərazidə istiqaməti itirərək azıb.

Hərbi qulluqçularımızın axtarışı ilə bağlı zəruri tədbirlər görülür.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.