Naxçıvanda itkin 2 hərbçimizdən 1-i Ermənistan ərazisində saxlanılıb.
Azpost.info bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Əsgərimiz bildirib ki, onunla birgə digər hərbçi də olub.
Əlverişsiz hava şəraitində yolu azaraq itən digər hərbçimizdən hələ xəbər yoxdur.
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi bu gün 2 hərbçimizin itikn düşməsi barədə xəbər yayıb. Bildirlir ki, hadisə Şahbuz rayonu istiqamətində baş verib. Əlverişsiz hava şəraitində məhdudgörmə səbəbindən Azərbaycan Ordusunun iki hərbi qulluqçusu ərazidə istiqaməti itirərək azıb.
Hərbi qulluqçularımızın axtarışı ilə bağlı zəruri tədbirlər görülür.