Naxçıvanda kənd təsərrüfatı məhsullarının istehsalı 3,3% artıb

Bu ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında 9 mln. manatdan çox kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 3,3% çoxdur.

Naxçıvan Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu dövr ərzində diri çəkidə ət istehsalı 2 206 ton, süd istehsalı 2 093 ton olmuşdur. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 3,8%, süd istehsalı isə 2,3% artıb.

Ümumilikdə, muxtar respublikada 384 növdə məhsul istehsal olunur ki, bunun da 127 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır. Hazırda əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan neftinin qiyməti 64 dolları keçib

Sonrakı məqalə

Azərbaycanı Avropa Kubokunda “Vüqar Həşimov” şahmat klubu təmsil edəcək