Naxçıvanda kişi ocağın üzərinə yıxılaraq öldü

Naxçıvanda bədbəxt hadisə baş verib.

Hadisə Naxçıvan şəhərində qeydə alınıb. Belə ki, 1959-cu il təvəllüdlü İsayev Arif Əli oğlu səhər saatlarında yaşadığı şəhərin A.Zamanov küçəsi, ev 48 ünvanında yerləşən evin həyətində ağac parçalarından ocaq qalayıb. Bir ay əvvəl ürək əməliyyatı keçirmiş A.İsayev həmin vaxt ürəktutması keçirərək yanan ocağın üzərinə yıxılıb. Hadisədən bir qədər sonra qonşuluqda yaşayan bacısı L.İsayeva həyətə gəlib və onun yanmış vəziyyətdə meyitini görüb.

Hadisə yerinə hüquq-mühafizə orqanının əməkdaşları cəlb edilib. Faktla bağlı Naxçıvan Şəhər Prokurorluğunda araşdırma aparılır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.