Naxçıvanda koronavirusa yoluxma qeydə alınmayıb –RƏSMİ AÇIQLAMA

“Naxçıvan Muxtar Respublikasında koronavirusa yoluxma qeydə alınmayıb”.

Bunu Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov bildirib.

O qeyd edib ki, Naxçıvan Muxtar Respublikasına giriş-çıxış bağlandığından hər hansı təhlükə də yoxdur: “Yeganə yerdir ki, burada koronavirus qeydə alınmayıb. Muxtar respublikanın bütün şəhər, rayon və kəndlərindəki  təsərrüfat malları mağazalarında, oyun zallarında, diş kabinələrində və əhalinin daha çox istifadə etdiyi yerlərdə viruslara qarşı dezinfeksiya işləri aparılır. Müayinə və yoxlamalar üçün Naxçıvanda ən müasir labaratoriya qurulub ki, həmin labaratoriyalarda şübhəli xəstələrə ən dəqiq diaqnoz  qoymaq mümkündür. Mağazaların girişində insanların əli spirtlənir. Heç nəyə toxunmadan alış-veriş edirlər. Artıq Naxçıvanda bir neçə gündür ki, onlayn market də fəaliyyətə başlayıb. Və evlərə istənilən ərzaq və digər zəruri məhsullar rahatlıqla çatdırılır. Lazımi profilaktik və dezinfeksiya tədbirləri müntəzəm olaraq davam etdirilir. Muxtar respublikaya xarici ölkələrdən giriş dayandırılıb.  Ahıl və xüsusi qayğıya ehtiyacı olanlara evlərində sosial xidmətlər göstərilir. Naxçıvanın xəstəxanaları da ən müasir səviyyədədir və lazımi imkanlara malikdir”. (apa)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dövlət Komitəsi Bərdədə baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb

Sonrakı məqalə

Vətəndaşlara yardım üçün pul paylanacaq, məbləğ müzakirə olunur –