Naxçıvanda nə qədər maaş alırlar?

2022-ci il fevralın 1-nə Naxçıvan Muxtar Respublikasında orta aylıq əməkhaqqı 553,8 manata çatıb.

Rəsmi hesabatı yayan yerli Dövlət Statistika Komitəsi həmçinin bildirir ki, yanvar-fevral aylarında muxtar respublikada 379 milyon 91 min manatlıq ümumi daxili məhsul istehsal olunub, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 818,6 manat göstərilir.

Açıqlamaya görə, 2021-ci ilin ilk iki ayına nəzərən sənayedə 1,4 faiz, kənd təsərrüfatında 3,6 faiz, informasiya və rabitə xidmətlərinin dəyərində 4,1 faiz, sərmayədə 1,2 faiz, kreditlərin məbləğində 41,5 faiz yüksəliş qeydə alınıb.

Hesabata əsasən, muxtar respublikada 384 növdə məhsul istehsal olunur, əhalinin 350 növdə məhsula tələbatı tamamilə yerli imkanlar hesabına ödənir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.