Naxçıvanda rayon mədəniyyət idarələri ləğv edildi- Yeniləri yaradıldı

Naxçıvan
Naxçıvan
Naxçıvan Mədəniyyət Nazirliyinin regional bölmələri yenidən təşkil edilib.
AzPost-un Modern.az-a istinadən məlumatına görə, Nazirliyin rayon (şəhər) mədəniyyət idarə və şöbələri ləğv olunub.
Yeni sərəncama əsasən, Nazirliyin regional mədəniyyət idarələri yaradılıb.
Bundan sonra Nazirliyin cəmi 3 regional mədəniyyət idarəsi olacaq.
Belə ki, Naxçıvan Şəhər Mədəniyyət İdarəsi, Babək Rayon Mədəniyyət İdarəsi və Şahbuz Rayon Mədəniyyət Şöbəsinin əsasında Naxçıvan Regional Mədəniyyət İdarəsi, Şərur Rayon Mədəniyyət İdarəsi, Kəngərli Rayon Mədəniyyət Şöbəsinin və Sədərək Rayon Mədəniyyət Şöbəsinin əsasında Şərur Regional Mədəniyyət İdarəsi, Ordubad Rayon Mədəniyyət İdarəsi və Culfa Rayon Mədəniyyət Şöbəsinin əsasında isə Culfa Regional Mədəniyyət İdarəsi yaradılıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.