Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Naxçıvanda tibbi sığorta, yol polisi və benzin daşıma ilə bağlı bu qərarlar ləğv edilib

User 18 May 2024 - 10:09 (Last updated: 21 May 2025 - 20:15)
naxcivan

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2024-cü il 17 may tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığorta üzrə sığorta ehtiyatlarının yaradılması və onlardan istifadə Qaydası”nın təsdiq edilməsi haqqında” Qərarı ləğv edilib.

Bundan başqa “Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsinin ləğv edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müvafiq Sərəncamının icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilib və bir sıra qərarlar ləğv edilib.

Belə ki, “Naxçıvan Muxtar Respublikası ərazisində neft məhsullarının topdan və pərakəndə satış qiymətləri, elektrik enerjisinin, təbii qazın, su və suyun axıdılmasının, avtonəqliyyatda sərnişin daşınmanın və Dövlət Yol Polisi İdarəsinin göstərdiyi xidmətlərin tariflərinin (qiymətlərinin) təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2007-ci il 8 yanvar tarixli Qərarı ləğv edilib.

Eyni zamanda “Bakı-Naxçıvan-Bakı marşrutu ilə Naxçıvan Muxtar Respublikasının təlabatını ödəmək üçün neft məhsulları və təhlükəli yüklər daşıyan dörd və daha çox oxu olan yük avtomobillərinə kompensasiya ödənilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2007-ci il 12 iyun tarixli Qərarıda ləğv edilib.

Eləcə də “Ölkə daxilində istehsal edilən və qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən avtomobil benzinlərinin və dizel yanacağının Naxçıvan Muxtar Respublikasına daşınmasına (təchizatına) görə Naxçıvan Muxtar Respublikasının büdcəsindən subsidiyanın verilməsi Qaydaları”nın təsdiq edilməsi barədə”Nazirlər Kabinetinin 2022-ci il 8 sentyabr tarixli Qərarı ləğv edilib.

Azpost.info

Post navigation

Previous: Vatikan saxta ikonlara sitayişi qadağan edəcək –
Next: BMT-nin binasında borca görə kondisionerlər söndürülüb

Oxşar xəbərlər

mekbebli inti
  • Sosial

Bakıda məktəbdə yıxılaraq ölən Gü­nel Salyanda dəfn olunub – Yeni detallar

User 29 Oktyabr 2026 - 19:32
zaur rza
  • Sosial

Xalq artisti Zaur Rzayev vəfat edib

User 29 Oktyabr 2026 - 19:08
bank
  • Sosial

Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz – Yeni qayda bu tarixdən qüvvəyə minir

User 29 Oktyabr 2026 - 19:01

xƏBƏR

netanyahu
  • Dünya

Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər

User 29 Oktyabr 2026 - 20:30
İsrailin Baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi koalisiya parlament seçkilərində Knessetdə 53 mandat qazanıb. Bununla da hökumət...
Read more about Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər
Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq Almaniya
  • Dünya

Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq

User 29 Oktyabr 2026 - 20:20
Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı ayaq key
  • Maraqlı

Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı

User 29 Oktyabr 2026 - 20:10
Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı kartof qaynadilmis
  • Maraqlı

Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı

User 29 Oktyabr 2026 - 20:00
İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur vens
  • Dünya

İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur

User 29 Oktyabr 2026 - 19:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.