Naxçıvanda Türkiyə və Azərbaycanın birgə təlimi başlanır –FOTO

Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti Azərbaycana yola düşüb.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi “X” sosial şəbəkə hesabında məlumat yayıb.

Məlumata əsasən, şəxsi heyət Naxçıvanda keçiriləcək “Sarsılmaz Qardaşlıq” təlimində iştirak edəcək.

Bildirilib ki, Həsrət körpüsündə bayraq mübadiləsi həyata keçirilib.

Qeyd edək ki, “Sarsılmaz Qardaşlıq” adlı kompüter dəstəkli komanda-qərargah təlimi təlim 12–19 iyun tarixləri arasında Naxçıvan Muxtar Respublikasında Azərbaycan Silahlı Qüvvələrinin iştirakı ilə keçiriləcək.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.