Naxçıvanda universitet tələbəsi təcili yardım avtomobilində öldü

Naxçıvanda
Naxçıvanda

Naxçıvanda 21 yaşlı hamilə qadın təcili tibbi yardım avtomobilində ölüb.

AzPost Qaynarinfo-ya istinadla xəbər verir ki, qəfildən halı pisləşən 2004-cü il təvəllüdlü hamilə Gülcan İlham qızı Məhərrəmova üçün təcili tibbi yardım çağırılıb.
O, xəstəxanaya aparılarkən yolda təcili tibbi yardım avtomobilində yüksək təzyiq səbəbindən dünyasını dəyişib.
Mərhum Babək rayonu Payız kəndində dəfn olunub.
Qeyd edək ki, G.Məhərrəmova Naxçıvan Dövlət Universitetinin Memarlıq və Mühəndislik fakültəsinin Nəqliyyat mühəndisliyi ixtisası üzrə 2-ci kursunda (qiyabi) təhsil alırdı.
Xatırladaq ki, Naxçıvanda  Səhiyyə Nazirliyinə bu ilin ilk yarısında 52 yeni təcili yardım avtomobili təhvil veriləcək. Naxçıvan MR-in səhiyyə naziri Samiq Sadıxov  bildirib ki, 2024-cü ildə təcili tibbi yardım briqadalarının sayını artırmaq və maddi-texniki təminatını daha da gücləndirmək məqsədilə 52 yeni təcili yardım avtomobili alınması ilə bağlı satınalma müsabiqəsi həyata keçirilib və müqavilə bağlanılıb. Bu avtomobillərin 2025-ci ilin ilk yarısında təhvil verilməsi nəzərdə tutulub. Bu da təcili yardım xidmətinin daha sürətli və effektiv fəaliyyət göstərməsini təmin edəcək.
AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.