Naxçıvanın sabiq Baş naziri Şəmsəddin Xanbabayev vəfat edib

Naxçıvanın sabiq Baş naziri, Xaçmaz Rayon İcra Hakimiyyətinin keçmiş başçısı  Şəmsəddin Xanbabayev vəfat edib.

AzPost bildirir ki, bu barədə “Naxçıvan” sosial səhifəsində məlumat verilib.

Şəmsəddin Xanbabayev 85 yaşında yaşadığı Xaçmaz şəhərində dünyasını dəyişib.

O, sabah Bakıda dəfn ediləcək.

O,  1977-ci ildən Ordubad Rayon İcraiyyə Komitəsinin sədri, 1980-ci ildən Ordubad Rayon Partiya Komitəsinin birinci katibi, 1983-cü ildən Naxçıvan Şəhər Partiya Komitəsinin birinci katibi, 1990–1992-ci illərdə Naxçıvan MR Dövlət Plan Komitəsinin sədri, Naxçıvan MR baş nazirinin müavini, 1992-ci ildən Naxçıvan Muxtar Respublikasının baş naziri, 2000–2004-cü illərdə isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini vəzifələrində çalışıb.

 

Qeyd edək ki, Ş.Xanbabayev 23 oktyabr 2004-cü ildən 31 oktyabr 2019-cu ilədək Xaçmaz rayonunun icra başçısı olub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.