Naxçıvanın sabiq daxili işlər naziri Əhməd Əhmədov həbs edilib

08 Mart 2021 - 22:31

Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədov həbs edilib.

“Unikal.org”un əldə etdiyi məlumata görə,  Ə.Əhmədov  mənimsəmədə ittiham olunur və məhkəmənin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Ə. Əhmədov 2017-ci ildə tutduğu vəzifədən azad edilib.

Azpost.info bildirir ki, Ə.Əhmədovun hələ ötən həftə Bakıda həbs edildiyi barədə məlumat yayılmışdı. Naxçıvandan gələn heyət onu yaşadığı mənzildə həbs edərək aparmışdı.