Naxçıvanın sabiq daxili işlər naziri Əhməd Əhmədov həbs edilib

Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədov həbs edilib.

“Unikal.org”un əldə etdiyi məlumata görə,  Ə.Əhmədov  mənimsəmədə ittiham olunur və məhkəmənin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Ə. Əhmədov 2017-ci ildə tutduğu vəzifədən azad edilib.

Azpost.info bildirir ki, Ə.Əhmədovun hələ ötən həftə Bakıda həbs edildiyi barədə məlumat yayılmışdı. Naxçıvandan gələn heyət onu yaşadığı mənzildə həbs edərək aparmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Yağan qar Göygöldə hərəkəti çətinləşdirib-

Sonrakı məqalə

Ərdoğanla Britaniyanın Baş naziri arasında telefon danışığı olub