Nazarbayev azərbaycanlı jurnalistə imzalı kitabını göndərib

“Qazaxıstanın birinci Prezidenti, Türk dünyasının bilgəsi, idealım, qibtə etdiyim, çox sevdiyim ən müdrik siyasətçidən, ən gözəl və yaraşıqlı kişidən gözlənilməz hədiyyə aldım”.

Bunu AzTV-nin Xəbərlər departamentinin böyük redaktoru, tanınmış jurnalist Aida Eyvazlı bildirib.

A.Eyvazlının sözlərinə görə, Nursultan Nazarbayev yeni çapdan çıxmış “Mənim ömrüm: asılılıqdan azadlığa” adlı roman epopeyasını öz şəxsi imzası ilə ona göndərib.

“Bu yuxudur? Əsla! Yuxu deyil! Həqiqətdir! Kitabı əlimə götürürəm, öpüb gözlərimin üstünə qoyuram, qoxlayıram, ruhunu ürəyimə çəkirəm!”.

Aida Eyvazlı bildirib ki, o, bu günə kimi Nursultan Nazarbayevin iki kitabını Azərbaycan dilinə  tərcümə edib. İndi qərara alıb ki, “Mənim ömrüm: asılılıqdan azadlığa” adlı roman epopeyasını da 2024-vü ildə Azərbaycan dilinə tərcümə etsin.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.