Nazir müavini ölkədə bahalaşmanın səbəbini açıqladı

İqtisadiyyata dəstək mexanizmlərinin tətbiqi, koronavirusla bağlı məhdudiyyətlərin aradan qaldırılması iqtisadiyyata müsbət təsir göstərib”.

Azpost.info APA-ya istinadən bildirir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova bildirib.
Nazir müavini deyib ki, FAO-nun açıqlamasına görə dünyada qiymət səviyyəsi son 30 ildə ən yüksək səviyyəyə çatıb: “Bunun nəticəsində də ölkəyə idxal olunan məhsulların qiymətində artım müşahidə olunmalıdır. Bu da bizim inflyasiya səviyyəsinə ən çox təsir edən amildir. Hazırda idxal indeksi 23 %-i keçib. Hətta hazır qida məhsulları idxal qiymətləri indeksi 25 %-i ötüb. Qeyd olunmalıdır ki, Beynəlxalq Valyuta Fondu da öz proqnozlarında cari il üçün yüksək qiymət indekslərini proqnoz edirlər. FAO-nun proqnozları isə daha ümidvericidir. Növbəti ildə inflyasiyanın daha səngiməsi gözlənilir. Cari ildə inflyasiyanın yüksək səviyyədə olması nəzərə alınaraq İqtisadiyyat Nazirliyi tərəfindən növbəti ildə qiymətlərin cari ildə olduğu kimi yüksək artımı proqnozlaşdırılmır. İnflyasiyanın aşağı səviyyədə saxlanılması üçün əsas amillərdən biri makroiqtisadi sabitliyin təmin olunmasıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda 87 yaşlı kişi 78 yaşlı qadınla ailə qurub – FOTO

Sonrakı məqalə

Putin, İlham Əliyev və Paşinyan noyabrın 26-da Soçidə görüşəcək –