“Nazir Sahil Babayev özü gəlib məruzə etsin!” –

Vahid Əhmədov əlilliklə bağlı qanun layihəsinə qarşı çıxdı
11 İyun 2021 - 14:10

“Keçmiş nazir Səlim Müslümov pensiya ilə bağlı elə bir layihə təqdim etdi ki, bu günə qədər onun altından çıxa bilmirik”

Bu fikirləri parlamentin növbədənkənar iclasında çıxış edən deputat Vahid Əhmədov “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna təklif olunan dəyişikliyin müzakirəsi zamanı bildirib.

Deputat əllilliklə bağlı təklif də səsləndirib: “Bu qanun layihəsi paket şəklində verilməlidir. Təklif edirəm ki, bir komissiya yaradılsın. Əmək və Əhalinin sosial müdafiəsi naziri özü gəlib bu məsələni məruzə etsin. Burda faizlər haqqında danışdılar. Baxaq görək ki, faizləri müəyyən etməklə nəyə nail olduq?!  Biz Avropa ilə müqayisə edirlər. Avropaya çatmağımıza hələ çox var. Bu qanun üzərində ciddi iş getməlidir”.

Qeyd edək ki, deputatlardan Qüdrət Həsənquliyev, Vahid Əhmədov, Sabir Rüstəmxanlı “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna təklif olunan dəyişikliyə səs verməyəcəklərini bildiriblər.