Nazir vəzifələri bundan sonra belə yazılacaq –DƏYİŞİKLİK

Azərbaycan dilində nazir vəzifələrinin yazılış qaydası müəyyənləşib.

Bu barədə Nazirlər Kabinetinin Azərbaycan dilinin Orfoqrafiya Normaları”nda dəyişiklik edilməsi barədə” qərarında əksini tapıb.

Qərara əsasən, nazir vəzifələri bundan sonra aşağıdakı kimi yazılacaq:

Azərbaycan Respublikasının səhiyyə naziri, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri tipli mürəkkəb adlarda sahə (səhiyyə) və vəzifə (nazir) bildirən sözlər kiçik hərflə yazılacaq. Bundan əvvəl Azərbaycan Respublikasının Səhiyyə naziri, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri tipli mürəkkəb adlarda sahə bildirən söz (Səhiyyə) böyük, vəzifə bildirən söz (nazir) kiçik hərflə yazılırdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Ordumuzun “diversiya qrupunun” itki verərək geri çəkilməsi xəbəri növbəti fantaziyadır” –

Sonrakı məqalə

Ali dövlət vəzifələrinin yazılış qaydası təsdiqlənib