Nazirlər Kabineti hərbçilərin pul təminatı ilə bağlı Konstitusiya Məhkəməsinə sorğu verib

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsinin Mətbuat Xidmətindən verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin sorğusuna baxılaraq Konstitusiya Məhkəməsi Plenumunun icraatına qəbul olunması haqqında qərar çıxarılıb.

Sorğuya mahiyyəti üzrə tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun fevralın 5-nə təyin edilmiş iclasında baxılacaq.

Qeyd edək ki, qanunun adı çəkilən  1.0.5. maddəsi hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları təminat xərcliyini nəzərdə tutur.

Bu maddəyə görə, təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Yəməndə naməlum şəxs məsciddə atəş açıb –

Sonrakı məqalə

İraqda ABŞ-ın hərbi bazasına yenə raket zərbələri endirilib