Nazirlik əməkdaşı olan qazini vuran idmançı veterana cinayət işi açılıb

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə tibb məntəqəsində qeydə alınmış münaqişə barədə yayılan görüntülər barədə məlumat açıqlayıb.

DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev APA-ya bildirib ki, vətəndaş R.Nəbizadənin Vətən müharibəsi qazisi N.Babayevi vuraraq xəsarət yetirməsi ilə bağlı polis orqanında araşdırma aparılır. N.Babayevin xəsarətlərinin dərəcəsini müəyyənləşdirilməsi məqsədilə müvafiq ekspertizanın rəyi alınıb. Faktla bağlı Cinayət Məcəlləsinin 127.2.3 (Qəsdən sağlamlığa az zərər vurma) və 221 (Xuliqanlıq) maddələri ilə cinayət işi açılıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.