Nazirlik:"İkinci magistr təhsili ödənişli olacaq"

Hər hansı şəxs dövlət hesabına birinci magistratura təhsili alıbsa, istədiyi təqdirdə ikili diplom proqramında magistr təhsili almaq üçün də müraciət edə bilər.

APA-nın məlumatına görə, bunu “2019-2023-cü illərdə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili və ikili diplom proqramlarının təşkili, eyni zamanda UFAZ-da magistratura proqramının həyata keçirilməsi ilə bağlı keçirilən onlayn mətbuat konfransında Təhsil Nazirliyinin “2019-2023-cü illərdə Dövlət Proqramı”nın İdarəetmə Qrupunun rəhbəri səlahiyyətlərini müvəqqəti icra edən, Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun müdiri Müjdət Həsənov bildirib.

Onun sözlərinə görə, ancaq ikinci magistr təhsili ödənişli olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İcma rəhbəri:

Sonrakı məqalə

Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşı təltif edilib