“Statistikaya əsasən, rus bölməsi üzrə respublikada 11 ibtidai sinif müəlliminə ehtiyac var”.
APA-nın məlumatına görə, bunu Təhsil Nazirliyinin Yerli təhsili idarəetmə orqanlarının işinin əlaqələndirmə sektorunun məsləhətçisi Elçin Kərimov bildirib. Onun sözlərinə görə, bu say Abşeron və Saatlı rayonlarında üstünlük təşkil edir:
“Həmin yerlər yerli təhsil idarəetmə orqanları tərəfindən vakant yer kimi təqdim edilib. Hesab edirik ki, müəllimlərin işə qəbulu müsabiqəsində həmin vakant yerlər dolacaq”.