Nazirlik ADP-yə yeni ofis verdi

Aprelin 8-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Azərbaycan Demokrat Partiyasına ofis sahəsi təqdim edilib.

Bu barədə Xidmət tərəfindən məlumat verilib.

Bildirilib ki, partiya nümayəndələri fəaliyyət göstərəcəkləri ofislə tanış olublar.

Qeyd edək ki, sözügedən partiyaya Sərdar Cəlaloğlu rəhbərlik edir.

ADP-nin uzun illər yerləşdiyi Ə.Əlizadə küçəsindəki özəl mülkün taleyi ilə bağlı məlumat verilməyib. ADP-nin qərargahında “Hürriyyət” qəzeti fəaliyyət göstərirdi.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.