Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azerbaijan İnternational Telecom (AzInTelekom)” MMC süni intellekt laboratoriyasının qurulması məqsədilə avadanlıq və lisenziyalar alır.
AzPost Pravda.az-a istinadla xəbər verir ki, qurum bu məqsədlə 6 977 321 AZN xərcləyəcək.
AzInTelekom “İnnovativ Layihələr Mərkəzi” QSC ilə müqavilə bağlayıb.