Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Nazirlik İlon Maskın şirkətindən hesabat tələb etdi –

User 27 Avqust 2025 - 13:55 (Last updated: 27 Avqust 2025 - 13:55)
ilon mask

Azərbaycanın telekommunikasiya və poçt sahələri üzrə tənzimləyici qurumu olan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) əməkdaşları ilə “Starlink” şirkətinin nümayəndələri arasında onlayn görüş keçirilib.

Görüşdə “Starlink”in bazara giriş üzrə direktoru Rebeka Hanter və “Starlink Azerbaijan” MMC-nin nümayəndələri iştirak ediblər.

İKTA rəsmiləri ilk olaraq tənzimləyici qurumun əsas vəzifə və səlahiyyətləri haqqında məlumat veriblər. Daha sonra qeyd edilib ki, telekommunikasiya operatoru kimi “Starlink Azerbaijan” MMC də fəaliyyətinin müxtəlif aspektlərini əks etdirən hesabat təqdim etməlidir.

Görüş zamanı peyk telekommunikasiya operatorunun Agentliyə təqdim edəcəyi hesabat formaları, onların təqdim edilməsi qaydaları və digər vacib məsələlər haqqında müzakirələr aparılıb.

Eyni zamanda İKTA-nın fəaliyyəti, Azərbaycan telekommunikasiya mühiti və başqa maraq doğuran mövzular ətrafında “Starlink” nümayəndələrinin sualları cavablandırılıb.

 

“Son zamanlar bu tənzimləyici qurum yalnız sektorun ictimaiyyətini təəccübləndirməyə üstünlük verir”.

AzPost bildirir ki,  bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bu məlumatı şərh edərkən bildirib.

““Starlink Azerbaijan” hələ bazara yeni daxil olub, necə deyərlər, hələ “bismillah” deməyib. Belə bir vaxtda qurum rəhbərliyi ilə keçirilən görüşün əsas mövzusunu məhz bu hesabat məsələsi kimi təqdim etmək doğrudanmı məqsədəuyğundur?”

Ekspert dryib ki, ortada bu qədər ciddi tənzimləmə problemi durarkən, 40 ildir fəaliyyət göstərən nəhəng dövlət provayderi Aztelekom-dan hesabat tələb etmək İKTA-nın yadına düşmür.

AzPost.az

Post navigation

Previous: Ağdaşda qazi intihar edib, araşdırma gedir –
Next: Rusiyanın magistral neft kəmərində güclü partlayış olub

Oxşar xəbərlər

ronaldo
  • Sosial

Kristiano Ronaldo Portuqaliya yığmasında karyerasını bitirdiyini açıqlayıb

User 05 Noyabr 2026 - 15:21
bolqaristan
  • Sosial

Təhlükəsizlik səbəbindən üç təyyarə Bolqarıstan aeroportlarına enib

User 05 Noyabr 2026 - 15:17
pensiya02
  • Sosial

Pensiyalar 2027-ci ildə nə qədər artacaq? – Yeni büdcədən gözləntilər

User 05 Noyabr 2026 - 09:52

xƏBƏR

tramp qas
  • Baş Yazı

Tramp İran müharibəsinə görə seçkiləri uduzdu – İndi hansı addımı atacaq? / TƏHLİL

User 05 Noyabr 2026 - 17:23
ABŞ-da aralıq seçkilərində Demokratların Konqresin hər iki palatasına nəzarəti ələ keçirməsi Donald Tramp administrasiyası üçün yeni siyasi...
Read more about Tramp İran müharibəsinə görə seçkiləri uduzdu – İndi hansı addımı atacaq? / TƏHLİL
Azərbaycanlı dənizçiyə Finlandiyada 2 il 10 ay həbs – Gəminin sahibi azərbaycanlı iş adamıdır gemi
  • Baş Yazı

Azərbaycanlı dənizçiyə Finlandiyada 2 il 10 ay həbs – Gəminin sahibi azərbaycanlı iş adamıdır

User 05 Noyabr 2026 - 17:00
Sumqayıtda aptekdən 35 min manat oğurlayan şəxs saxlanıldı Aptek
  • Kriminal

Sumqayıtda aptekdən 35 min manat oğurlayan şəxs saxlanıldı

User 05 Noyabr 2026 - 16:56
Neftin qiyməti 20 faiz ucuzlaşdı – İranla sülh razılaşması gözləntiləri artır neft kemer
  • Baş Yazı

Neftin qiyməti 20 faiz ucuzlaşdı – İranla sülh razılaşması gözləntiləri artır

User 05 Noyabr 2026 - 16:52
Rusiya İrana Ukrayna müharibəsində istifadə etdiyi silahı satır – 90 qurğu sifariş edilib raket rus
  • Dünya

Rusiya İrana Ukrayna müharibəsində istifadə etdiyi silahı satır – 90 qurğu sifariş edilib

User 05 Noyabr 2026 - 16:42
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.