Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Nazirlik Qazi Murad Bədəlzadəyə nə üçün əlillik vermir? –

User 29 Fevral 2024 - 10:36 (Last updated: 21 May 2025 - 20:15)
qazi01
Vətən müharibəsi qazisi Murad Bədəlzadə ona əlillik statusu verilməməsinə etiraz olaraq özünü zəhərləməyə cəhd edib.
Azpost.info bildirir ki, vaxtında 1 saylı Kliniki Xəstəxanaya çatdırılan qazi hazırda orada yatır.
Müharibə başlanan ilk gündən Murad könüllü olaraq cəbhəyə gedib. Füzuli və Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib. Piyada qoşunlarında atıcı olub. Müharibənin bitməyinə sayılı günlər qalmış Xocavənddə 631-ci yüksəklikdə yaralanıb, kəllə- beyin travması alıb. Ona F.7.1 , F.7.0, F.6.9, F.435, F.445 diaqnozları qoyulub.
Dəfələrlə həm Maştağa qəsəbəsində, həm də Lənkəranda ruhi dispanserdə müalicə alıb.  Amma Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi onun əlil olmasını təsdiqləmir, imtina cavabı verir. Kəllə- beyin travması alsa da, EEQ aparatı onun sağlam olduğunu “göstərir”.
Qazi kiminsə ona maddi yardım etməsini istəmir, öz haqqını tələb edir: “Ali Baş komandanın əsgəriyəm, çağırsa, yenə Vətəni qorumağa gedərəm. Mən əlillik statusumu və bir işlə təmin olunmaq istəyirəm”.
Murad Bədəlzadə Ali Baş Komandanın əmri ilə “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Murad Bədəlzadənin əmisi Rövşən Bədəlov 1990-cı ildə Lənkərana sovet ordusunun hərbi müdaxiləsinə etiraz hərəkatı zamanı şəhid olub, cəsədi ruslar tərəfindən yandırılıb.
Azpost.info
https://azpost.info/wp-content/uploads/2024/02/429481546_1048771269539934_5136462048315958414_n.mp4

Post navigation

Previous: Ötən gün 63 cinayətin üstü açılıb, 67 nəfər saxlanılıb
Next: Ermənistanda saxlanan əsgərimizə cinayət işi açılıb, həbs edilib

Oxşar xəbərlər

mekbebli inti
  • Sosial

Bakıda məktəbdə yıxılaraq ölən Gü­nel Salyanda dəfn olunub – Yeni detallar

User 29 Oktyabr 2026 - 19:32
zaur rza
  • Sosial

Xalq artisti Zaur Rzayev vəfat edib

User 29 Oktyabr 2026 - 19:08
bank
  • Sosial

Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz – Yeni qayda bu tarixdən qüvvəyə minir

User 29 Oktyabr 2026 - 19:01

xƏBƏR

netanyahu
  • Dünya

Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər

User 29 Oktyabr 2026 - 20:30
İsrailin Baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi koalisiya parlament seçkilərində Knessetdə 53 mandat qazanıb. Bununla da hökumət...
Read more about Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər
Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq Almaniya
  • Dünya

Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq

User 29 Oktyabr 2026 - 20:20
Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı ayaq key
  • Maraqlı

Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı

User 29 Oktyabr 2026 - 20:10
Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı kartof qaynadilmis
  • Maraqlı

Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı

User 29 Oktyabr 2026 - 20:00
İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur vens
  • Dünya

İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur

User 29 Oktyabr 2026 - 19:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.