Nazirlik son 3 ildə tikilən məktəblərin sayını açıqlayıb

2023-2024-cü tədris ilində tikintisi aparılacaq məktəblərin sayı açıqlanıb.

Elm və Təhsil Nazirliyindən bildirilib ki, sentyabrın 15-dək nazirliyin sifarişi əsasında 23, Heydər Əliyev Fondunun sifarişi əsasında isə 19 təhsil müəssisəsinin açılışı nəzərdə tutulur.

2023-cü ilin sonunadək isə nazirliyin sifarişi əsasında 8 təhsil müəssisəsinin açılışı nəzərdə tutulur.

Qeyd olunub ki, son 3 ildə ölkədə 275 yeni məktəb tikilib. Qəzalı məktəblərin sayı 30 faiz azalaraq 654-ə enib.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.