Müdafiə Sənayesi Nazirliyinə məxsus “Təhlükəsizlik və mühafizə idarəsi” MMC-nin direktoru dəyişib. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, sözügedən vəzifəyə Xüsusi Dövlət Mühafizə Xidmətində çalışmış Əfəndiyev Simran Kamal oğlu gətirilib.
Qeyd edək ki, ötən ilin iyul ayında “Təhlükəsizlik və mühafizə idarəsi” MMC-yə polkovnik-leytenanat Cəfərov Firdovsi İbrahim oğlu təyin edilmişdi.