Nazirliyin gətirdiyi “London taksi”ləri niyə qarajlarda çürüyür? –VİDEO

Artıq bir neçə ildir ki, mütəmadi olaraq Bakıya gətirilən yüzlərlə “London taksi”si istifadəyə yararsız halda qarajlarda toplanır. Hətta bu avtomobillər qarajın ərazisinə yerləşməyib, yağışın, günün altında yollara səpələnib.

Bu barədə “ARB Xəbər” məlumat yayıb. Xəbərə görə, taksilər təkəri boşalmış, mühərriksiz və bir neçə hissəsi çıxarılmış halda qarajda cürüməkdədir.

Məsələ ilə bağlı açıqlama verən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Bakı Taksi Xidməti” MMC-nin baş direktoru Fuad Əliyev bildirib ki, pandemiya ilə əlaqədar taksi xidmətinə tələbat azalması səbəbindən bu avtomobillər qarajlarda qalıb.

Lakin taksi sürücüləri sözügedən avtomobillərin icarəsinin baha olduğu üçün onlardan imtina edildiyini bildiriblər. Sürücülər qiymətlərin sərfəli olduğu halda bu maşınlara da tələbatın artacağını deyirlər.

Daha ətraflı süjetdə:

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dünyada 3 milyard doza vaksin vurulub –

Sonrakı məqalə

İran Xəzər dənizində hərbi təlimlərə başlayıb