Ned Prays mətbuat katibi vəzifəsindən gedir

ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays bu ilin martında vəzifəsini tərk edəcək.

Azpost.info xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.

Məlumata görə, o, daha məsul vəzifəyə keçəcək. Praysın yeni siyasi fəaliyyətini ABŞ dövlət katibi Entoni Blinkenlə sıx təmasda həyata keçirəcəyi bildirilir.

Qeyd edək ki, Ned Prays ABŞ-ın keçmiş prezidenti Barak Obamanın administrasiyasında Mərkəzi Kəşfiyyat İdarəsində, eləcə də Milli Təhlükəsizlik Şurasında çalışıb.

Azpost.info

Əvvəlki məqalə

Bayden və Makron Kiyevə yardımı müzakirə ediblər

Sonrakı məqalə

Azərbaycan Rusiyaya gül ixrac edən əsas ölkələrdəndir