Azərbaycan Rusiyaya gül ixrac edən əsas ölkələrdəndir

Azərbaycan Rusiyaya gül ixrac edən əsas ölkələrdəndir.

Rusiya Mərkəzi Gömrük İdarəsinin mətbuat xidməti bu ilin fevralında idarə vasitəsilə ölkəyə 150 min tondan çox tər gül – qərənfil, lalə, xrizantema idxal edildiyi barədə məlumat yayıb. Bildirilir ki, əsas ixracatçı ölkələr Azərbaycan, Niderland, Ekvador və Keniyadır.

Rusiya Federal Gömrük Xidmətinin məlumatına görə, bu il ümumilikdə ölkəyə tər gül idxalı 10 faiz azalıb. Beynəlxalq Qadınlar Günü ərəfəsində bir dəstə gülün qiyməti təxminən 3 min rubl (təxminən 70 manat) təşkil edir(azərtac).

Əvvəlki məqalə

Ned Prays mətbuat katibi vəzifəsindən gedir

Sonrakı məqalə

Tbilisinin mərkəzində keçirilən aksiya başa çatıb