Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

Neft Fondu açıqladı:

User 23 İyul 2026 - 15:12
dollar qizil

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2026-cı ilin ilk yarısı üzrə maliyyə bazarlarının vəziyyəti və investisiya portfelinin nəticələri ilə bağlı hesabat yayıb.

Azpost.info xəbər verir ki, Fondun məlumatına görə, ilin birinci rübündə ABŞ-İran münaqişəsinin yaratdığı geosiyasi gərginlik qlobal maliyyə və enerji bazarlarında yüksək volatilliyə səbəb olub. Münaqişə nəticəsində demək olar ki, bütün əsas investisiya alətləri mənfi təsirlə üzləşib.

Hesabatda qeyd olunur ki, ikinci rübdə bazarlarda vəziyyət nisbətən sabitləşib. Müxtəlif maliyyə alətləri üzrə qiymətlər bərpa olunub və investisiyalardan müsbət gəlirlilik əldə edilib. Bununla belə, qızılın qiymətindəki dəyişikliklər Fondun ümumi investisiya portfelinə mənfi təsir göstərib.

İnflyasiya istiqraz bazarına təsir edib

ARDNF bildirir ki, ilin əvvəlində investorlar risklər fonunda dövlət istiqrazlarını təhlükəsiz aktiv kimi seçdiyindən bu bazarda qiymətlər yüksəlib.

Lakin birinci rübün sonlarına doğru vəziyyət dəyişib. Neft qiymətlərinin kəskin bahalaşması inflyasiya gözləntilərini artırıb və bu, xüsusilə inkişaf etmiş ölkələrin istiqraz bazarlarında qiymətlərin aşağı düşməsinə səbəb olub.

Fondun qiymətləndirməsinə görə, enerji qiymətlərindən qaynaqlanan inflyasiya təzyiqi ən çox Avropa istiqraz bazarlarına təsir göstərib. ABŞ dolları ilə formalaşdırılan istiqraz portfeli isə daha dayanıqlı nəticə nümayiş etdirib.

Səhm bazarları ikinci rübdə güclü artım göstərib

Hesabatda qeyd edilir ki, qlobal səhm bazarları ilin əvvəlində müsbət dinamika nümayiş etdirsə də, ABŞ-İran qarşıdurmasının dərinləşməsi və geosiyasi risklərin artması səbəbindən birinci rübün sonuna doğru eniş yaşanıb.

İkinci rübdə isə bazarlarda güclü bərpa prosesi müşahidə olunub. Buna əsas səbəblər kimi süni intellekt texnologiyalarına investisiyaların artması, həmçinin atəşkəs danışıqları fonunda neft qiymətlərinin sabitləşməsi göstərilir.

ARDNF vurğulayır ki, ikinci rüb 2020-ci ildən bəri dünya səhm bazarları üçün ən uğurlu dövrlərdən biri olub.

Bununla yanaşı, rübün sonunda texnologiya şirkətlərinin səhmlərinin yüksək qiymətləndirilməsi ilə bağlı narahatlıqlar yarımkeçirici sektorunda satışların artmasına və bazarlarda volatilliyin yenidən yüksəlməsinə səbəb olub.

Qızıl əvvəl bahalaşdı, sonra ucuzlaşdı

Neft Fondunun məlumatına görə, ilin əvvəlində qızılın qiyməti ABŞ dollarının zəifləməsi və investorların daha təhlükəsiz aktivlərə üstünlük verməsi səbəbindən sürətlə yüksəlib.

Lakin birinci rübün sonlarından başlayaraq vəziyyət dəyişib. Real faiz dərəcələrinin artması fonunda qızıl ucuzlaşmağa başlayıb və bu tendensiya ikinci rüb ərzində də davam edib.

ARDNF hesab edir ki, məhz bu amil Fondun investisiya portfelinin ümumi gəlirliliyinə mənfi təsir göstərən əsas faktorlar sırasında yer alıb.

Qeyd edək ki, Dövlət Neft Fondunun aktivləri 2026-cı il iyunun 30-na 72,6 milyard ABŞ dolları təşkil edib. İlk altı ayda Fond vəsaitlərin idarə edilməsindən 3,6 milyard manat gəlir əldə edib.

AzPost.az

Post navigation

Previous: Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn edildi
Next: Cəlilabadda qədim dövrə aid mədəniyyət nümunələri aşkarlanıb

Oxşar xəbərlər

neft iran bazar02
  • İqtisadiyyat

Neft 130 dollara qalxa bilər – Azərbaycan bundan nə qazanacaq? / TƏHLİL

User 22 Oktyabr 2026 - 15:04
valyuta
  • İqtisadiyyat

ABŞ-ın dövlət borcu 40,4 trilyon dollara yaxınlaşdı – 2030-cu ilə yeni proqnoz

User 21 Oktyabr 2026 - 09:59
neft kemer
  • İqtisadiyyat

Azərbaycan 9 ayda neft-qaz satışından 7,78 milyard gəlir əldə edib

User 16 Oktyabr 2026 - 16:14

xƏBƏR

burcler
  • Maraqlı

Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir

User 22 Oktyabr 2026 - 21:18
2026-cı ilin noyabr ayının ortalarına qədər üç bürcün nümayəndələri mühüm düşünmə, prioritetləri yenidən nəzərdən keçirmə və dəyişikliklər...
Read more about Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir
ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı? abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi bas aqrisi
  • Maraqlı

Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi

User 22 Oktyabr 2026 - 21:00
“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48
“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.