Neft Fondunda 55 milyard dollar toplanıb –9 ayda 14 milyard manat gəlir gəlib /RƏSMİ

2023-cü il sentyabr ayının 30-na ARDNF-nin aktivləri 2023-cü ilin əvvəlinə (49 033,6 milyon ABŞ dolları) nisbətən 13% artaraq 55 524,0 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Azpost.info-ya Dövlət Neft Fondundan bildirilib.

2023-cü ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin büdcə gəlirləri 14 878,3 milyon manat, büdcə xərcləri isə 3 587,0 milyon manat olub.

2023-cü ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 12 227,2 milyon manat, o cümlədən, mənfəət neftinin və qazın satışından 11 422,1 milyon manat, bonus ödənişləri 800,7 milyon manat, tranzit gəlirləri 0,8 milyon manat, akrhesabı ödənişlər isə 3,6 milyon manat təşkil edib.

Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlir 2 651,1 milyon manat olub.

Hesabat dövrü ərzində ARDNF-nin 2023-cü il büdcəsinin icrası çərçivəsində 3 550,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 10,8 milyon manat yönəldilib. “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” nın maliyyələşməsinə 6,1 milyon manat yönəldilib.

2023-cü ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 20,1 milyon manat təşkil edib.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərcləri 257,8 milyon manat təşkil edib.

2023-cü ilin 3-cü rübünə aktivlərin artımı ARDNF-nin büdcə gəlirlərinin büdcə xərclərini üstələməsi, o cümlədən, vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olmuşdur.

Cari ilin əvvəlindən qlobal iqtisadiyyatda canlanma müşahidə olunsa da, inkişaf etmiş ölkələr tərəfindən sərt monetar siyasətin davam etdirilməsi iqtisadiyyatda yavaşlama riskini artırıb. İlin ilk 9 ayında inkişaf etmiş regionların səhm bazarlarında yüksək gəlirlilik qeydə alınsa da (11.6%), iqtisadi yavaşlama gözləntiləri səhm bazarlarına təzyiqi artırıb.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.