Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

Neft Fondunun ehtiyatı 60 milyard dolları ötüb –

User 11 Yanvar 2025 - 10:47 (Last updated: 21 May 2025 - 20:15)
dollar02

25 illik fəaliyyəti dövründə Dövlət Neft Fondunun ehtiyatı 60 milyard dolları ötüb. 

Azpost.az bildirir ki, bu barədə ARDNF-nin icraçı direktoru İsrafil Məmmədov AZƏRTAC-a müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu ehtiyatların formalaşmasında neft-qaz gəlirləri ilə yanaşı, Fondun investisiya fəaliyyətindən əldə olunan gəlirlər də iştirak edir.

Qlobal investor kimi Fond son onilliklərdə investisiya portfelinin diversifikasiyasını istiqraz, səhm, daşınmaz əmlak və qızıl kimi maliyyə aktivləri, həmçinin müxtəlif regionlar və valyutalar üzrə əhəmiyyətli dərəcədə genişləndirib. Belə ki, hazırda Fondun portfeli 50-dən çox ölkəni, 17 valyutanı, iqtisadiyyatın bütün sektorları üzrə minlərlə investisiya aktivlərini əhatə edir.

“Qeyd etmək istərdim ki, Dövlət Neft Fondunun aktivlərinin həcminin artması, habelə portfelin strukturunda orta və uzun müddətlərdə yüksək gəlirlilik vəd edən nisbətən daha riskli maliyyə alətlərinin əlavə edilməsi Fondun investisiya gəlirliliyinin artmasına müsbət təsir göstərib. Geridə qoyduğumuz müddət ərzində vəsaitlərin idarəedilməsindən əldə olunan gəlir artıq 15 milyard dolları ötüb”-deyə  icraçı direktor vurğulayıb.

İ.Məmmədovun sözlərinə görə, ötən 25 ildə Fond yaradılma məqsədlərinə uyğun olaraq gələcək nəsillər üçün yığım funksiyasını həyata keçirməklə yanaşı, həm də bugünkü nəsillərə xidmət göstərib – ölkənin makroiqtisadi sabitliyinin qorunmasında mühüm mövqe tutub: “Məcmu vəsaitləri ölkənin Ümumi Daxili Məhsulunun 80 faizini keçən və xarici dövlət borcuna nisbətən 10 dəfədən çox olan Fond ölkə iqtisadiyyatı üçün “təhlükəsizlik yastığı” rolunu oynayıb”. 

Post navigation

Previous: Dünya fond bazarlarının əsas indeks göstəriciləri
Next: 4 milyard işıq ili uzaqda: Kainatın ən böyük ulduz topluluğu aşkar edilib

Oxşar xəbərlər

qaz nəqli
  • İqtisadiyyat

Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi

User 07 Noyabr 2026 - 20:30
ciraq
  • İqtisadiyyat

“Çırağ”ın gətirdiyi qazanc…- 29 ilə 60 mlrd dollar

User 07 Noyabr 2026 - 13:17
neft
  • İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 107 dolları ötüb

User 07 Noyabr 2026 - 10:26

xƏBƏR

ilham ali herbi
  • Siyasət

Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO

User 07 Noyabr 2026 - 20:35
Prezident İlham Əliyevin sosial media hesablarında 8 Noyabr – Zəfər günü ilə bağlı paylaşım edilib.   https://www.youtube.com/watch?v=7aNosPCC6as...
Read more about Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO
Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi qaz nəqli
  • İqtisadiyyat

Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi

User 07 Noyabr 2026 - 20:30
BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj pehlevi iran sah
  • Dünya

Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj

User 07 Noyabr 2026 - 19:45
İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir Tramp
  • Dünya

İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir

User 07 Noyabr 2026 - 19:41
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.