Neft ucuzlaşacaq –“Goldman Sachs” proqnozunu açıqlayıb

2027-ci ildə dünya birjalarında neft qiymətləri aşağı enəcək.

Bu proqnozla ABŞ-ın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” çıxış edib.

“Goldman Sachs”a görə, 2027-ci ildə “Brent” markalı xam neftin bir barelinin orta qiyməti 58 dollar, “Light” markalı neftin qiyməti isə 54 dollar/barel olacaq. Bank hər iki neft növü üçün qiymət proqnozunu 5 dollar/barel aşağı endirib.

Bunda başqa, “Goldman Sachs” 2026-cı il üçün qiymət proqnozlarını dəyişdirməyib. Cari ildə “Brent” neftinin orta qiymətinin 56 dollar/barel, “Light”ın qiymətinin isə 52 dollar/barel olacağı gözlənilir.

İl ərzində neft bazarında gündəlik 2,3 milyon barel profisit yaranacağı proqnozlaşdırılır. Banka görə, ABŞ, Venesuela və Rusiyada artan tədarük səbəbindən neft qiymətləri bu ilin son rübündə kəskin aşağı düşəcək, sonra isə uzunmüddətli və daha tədricən bərpa prosesinə keçəcək.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.