Neftçalada yaşayış binası yanır, xəsarət alan yoxdur –

Təcili yardımın 4 briqadası hadisə yerindədir (FOTO)
08 Fevral 2020 - 21:55

Neftçalada güclü yanğın hadisəsi baş verib.

Yanğın hadisəsi rayonun mərkəzində baş verib. H. Əliyev prospektində yerləşən 40 mənzilli binanın elektrik naqillərində baş verən qısaqapanma zamanı binanın dam örtü yanmağa başlayıb.

Hazırda Dövlət Yanğından Mühafizə Xidmətinin Neftçala və Salyan rayon Dövlət yanğından mühafizə hissələrinin yanğınsöndürəni hadisə yerinə cəlb olunub. Bina sakinləri isə təxliyə edilib.

Fövqəladə Hallar Nazirliyi (FHN) hadisə barədə məlumat yayıb. Nazirlikdən bildirilib ki, FHN-nin “112” qaynar telefon xəttinə, Neftçala rayonu, Neftçala şəhəri, H.Əliyev prospekti 4 ünvanında dördmərtəbəli binanın dam örtüyündə yanğın olması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunub.

Neftçala şəhərində 4 mərtəbəli yaşayış binasında baş vermiş yanğında ilkin məlumata görə xəsarət alan yoxdur. Təcili yardımın 4 briqadası hadisə yerindədir. Hadisədə qorxu keçirən sakinlərə yerindəcə ambulator yardım göstərilir.